RU

Çelyabinskdəki Azərbaycan diasporunun rəhbəri Rusiya vətəndaşlığından məhrum edilib

Çelyabinsk vilayətinin azərbaycanlı icmasının rəhbəri, iş adamı Ərşad Xankişiyev Rusiya vətəndaşlığından məhrum edilib və Rusiya Federasiyasına girişinə qadağa qoyulub.

Oxuməni.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Ərşad Xankişiyev “etnoseparatizm təbliğatını aparmaqda və Aleksey Navalnıya dəstək verməkdə” ittiham olunur.

Bildirilir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) qərarı ilə Çelyabinsk vilayətinin azərbaycanlı icmasının rəhbərinin pasportu ləğv edilib.

Rəsmi olaraq, Ərşad Xankişiyevin vətəndaşlıqdan çıxarılması ilə bağlı məlumat hazırda təsdiqini tapmayıb.

Xankişiyev tanınmış biznesmen və restavrator, “Fruktdom” MMC, “Fruit-House” MMC, “Nar Şərab” MMC və “Caspian” MMC şirkətlərinin təsisçisi və sahibidir. O, həm də “Azərbaycan” Çelyabinsk regional sosial-hüquqi ictimai təşkilatının rəhbəri və “Çelyabinsk vilayəti Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyəti” İctimai Təşkilatının (RPA AZERÇEL) sədri olub.

Qeyd edək ki, “Azərbaycan” təşkilatı bir müddət əvvəl məhkəmənin qərarı ilə ləğv edilib. Bundan əvvəl AZERCHEL təşkilatı ilə bağlı da analoji qərar qəbul edilmişdi.

Almaz Həsənli

Избранный
30
oxumeni.az

1Источники