RU

Qara metalların ixracı artıb

2025-ci ilin yanvar-iyul aylarında ölkədən 53,82 milyon dollar dəyərində 51,5 min tondan çox qara metallar və onlardan hazırlanan məmulatlar ixrac olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 19,14 faiz, həcm olaraq isə 11,87 faiz çoxdur.

Hesabat dövründə bu məhsulların ümumi ixracda xüsusi çəkisi 0,35 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 2,58 faizə bərabər olub.

Избранный
51
1
vergiler.az

10Источники