RU

Lavrov: "Rusiya Krımı, Donbassı ələ keçirmək niyyətində olmayıb" – VİDEO

“Rusiya heç vaxt Ukraynadakı hərbi əməliyyatlar çərçivəsində Krımı, Donbassı və Novorossiyanı ələ keçirmək niyyətində olmayıb”.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rossiya 24” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, əsas vəzifə bu ərazilərdə rus xalqını qorumaq olub:

“Bir daha qeyd etmək istəyirəm ki, biz heç vaxt hansısa ərazilərin ələ keçirilməsindən danışmamışıq. Nə Krım , nə Donbass , nə də Novorossiya ərazi olaraq heç vaxt hədəfimiz olmayıb. Bizim məqsədimiz insanları, Rusiya xalqını qorumaq olub".

Lavrov qeyd edib ki, rus xalqı əsrlər boyu bu torpaqlarda qan tökərək şəhərlər salıb. Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, Odessa, Nikolayev və bir çox başqa şəhərlər onların əlləri ilə tikilib. "Onların maraqlarını qorumaq hərbi əməliyyatın əsas məqsədi idi" - deyə diplomat yekunlaşdırıb.


Bizim.Media

Избранный
24
bizim.media

1Источники