RU

Türkiyə parlamenti önündə “Beyaz Toros” yandırıldı ANBAAN GÖRÜNTÜLƏR

Modern.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) önündə ağ rəngli "Renault Toros" markalı avtomobil yandırılıb.

Modern.az-ın məlumatına görə, hadisə Milli Dayanışma, Qardaşlıq və Demokratiya Komissiyasının dördüncü iclası öncəsi baş verib.

Hadisə yerinə çağırılan yanğınsöndürənlər avtomobili söndürüb.

Ankara Polis İdarəsinin məlumatına görə, hadisə ilə bağlı bir nəfər – M.E.F. adlı şəxs saxlanılıb. Onun Mersin şəhərində yaşadığı, psixoloji problemlərinin olduğu və çoxsaylı cinayət keşmişinə malik olduğu qeyd olunur.

Xatırladaq ki, 1990-cı illərdə “Beyaz Toros” markalı avtomobillər xüsusilə Şərqi və Cənub-Şərqi Anadoluda baş verən naməlum qətllər qətllər və adam oğurluqları ilə assosiasiya olunur. Bu avtomobillər Jandarma Kəşfiyyat və Terrorla Mübarizə (JİTEM) qurumunun adı ilə tez-tez anılırdı. JİTEM-in uzun müddət mövcudluğu rəsmən inkar edilsə də, 2011-ci ildə Ankara Prokurorluğunun araşdırması nəticəsində qurumun qanunsuz şəkildə, rəsmi təsdiq olmadan yaradıldığı təsbit edilib.

Hadisə ilə bağlı istintaq davam edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
3
1
modern.az

2Источники