İtaliyanın "Verona" klubunun futbolçusu Cekson Çaçua İngiltərə təmsilçisi "Vulverhempton"a keçib.


Rekord.az xəbər verir ki, bu barədə Premyer Liqa komandası məlumat yayıb.


23 yaşlı sağ cinah müdafiəçisi ilə "5+1" illik müqavilə imzalanıb.


Kamerunlu futbolçu 2024/2025 mövsümündə A Seriyasının ən sürətli oyunçusu (36,3 km/saat sürətə çatıb) mükafatını qazanıb. O, 36 matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.