RU

Bakıda qadın 46 yaşlı sevgilisini bıçaqlayıb öldürdü

Bakının Xəzər rayonunda 46 yaşlı kişi qətlə yetirilib.
 
Moderator.az xəbər verir ki, hadisə avqustun 19-u gecə saat 2 radələrində Şağan qəsəbəsində qeydə alınıb.
 
Bildirilib ki, 1979-cu il təvəllüdlü Elşad Şıxıyevin yaşadığı evdə özünə kəsici alətlə xəsarət yetirməsi nəticəsində ölməsi barədə polisə məlumat daxil olub. Araşdırmalarla onun qeyri-rəsmi nikah münasibətlərində olduğu qadın tərəfindən qətlə yetirildiyi müəyyənləşib.
 
Polis əməkdaşları cinayət əməlini törətməkdə şübhəli bilinən, 1987-ci il təvəllüdlü Aysel Rufullayevanı saxlayaraq istintaqa təhvil verib.
 
Araşdırmalar aparılır.
 
Избранный
55
34
moderator.az

10Источники