RU

Bakı əhalisinin 48%-dən çoxu suyun keyfiyyətindən narazıdır

Paytaxt sakinlərinin 46.4%-i suyun keyfiyyətindən razı, 48.2%-i narazıdır.

FED.az xəbər verir ki, Sosial Tədqiqatlar Mərkəzi (STM) Bakı şəhərində su təchizatının vəziyyəti, fasiləsizliyi və keyfiyyəti ilə bağlı əhalinin fikirlərini öyrənmək, mövcud problemləri müəyyənləşdirmək məqsədilə rəy sorğusu keçirib.

Respondentlərin 5.4%-i bu barədə rəy bildirməkdə çətinlik çəkib.
 Həyət evində yaşayanlar arasında suyun keyfiyyətindən razılıq səviyyəsi (razılıq - 55.5%) bina evində yaşayanlarla (razılıq - 35.6%) müqayisədə yüksəkdir.
Respondentlərin 35.4%-i içmək məqsədilə birbaşa kran suyundan, 34.9%-i qablaşdırılmış sudan, 26.3%-i isə filtrlənmiş kran suyundan, 3.4%-i digər mənbələrdən istifadə etdiyini bildirib.

Избранный
3
fed.az

1Источники