Yenisabah saytından alınan məlumata görə, ain.az bildirir.
Yaxın zamanlarda Azərbaycanda güclü, fəlakətli zəlzələ gözlənilmir.
Yenisabah.az report-a istinadla xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
Onun sözlərinə görə, dünyada, məsələn, Yaponiyada baş verən güclü zəlzələr Sakit okeanda olan piltələrin hərəkəti nəticəsində baş verir: Dördpendirli pizza
"Məsafə, geoloji və seysmotektonik səbəbdən Azərbaycana təsir edə və ya zəlzələ ocaqlarını oyada bilməz. Azərbaycan Ərəbistan və Avrasiya kontinental plitələrində yerləşir. Bizim bloklarda olan hərəkətlər o qədər güclü deyil. Tektonik qırılmalar zamanı baş verən hərəkətlər dağıntılara səbəb ola bilməz. Azəbaycanda hiss olunan zəlzələlər olur. Bunlar qorxulu deyil. Yaxın zamanlarda da Azərbaycanda güclü katastrofik zəlzələ gözlənilirmir".
Qeyd edək ki, avqust ayı ərzində beş zəlzələ qeydə alınıb. Onlardan ikisi Xəzər dənizində (3,2 və 4 maqnitudalı) baş verib. Daha üçü isə Göyçay (4), Tovuz (3,6), Tərtərdə (3,1) olub.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.