RU

Təhlükəsizlik zəmanətləri... Zelenskidən açıqlama

ain.az bildirir, Axar.az saytına əsaslanaraq.

Kiyev Avropadakı tərəfdaşları ilə birlikdə artıq təhlükəsizlik zəmanətlərinin konkret tərkibi üzərində işləyir.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski X hesabında yazıb.

Zelenski ABŞ Prezidentinin və Avropa liderlərinin iştirakı ilə Vaşinqtonda aparılan danışıqları müharibənin dayandırılması və dövlətin təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm addım adlandırıb:

"Biz artıq təhlükəsizlik zəmanətlərinin konkret tərkibi üzərində işləyirik. Bu gün liderlər səviyyəsində koordinasiya davam edir, müzakirələr aparılır və müvafiq formatlar hazırlanır. İş sabah da davam etdiriləcək".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
8
7
axar.az

8Источники