RU

"Vulverhempton" yeni müdafiəçi ilə müqavilə imzaladı

İngiltərənin "Vulverhempton" klubu yeni transferini açıqlayıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, "canavarlar" İtaliyanın "Verona" klubunda çıxış edən sağ cinah müdafiəçisi Cekson Tçatçuanı heyətinə qatıb.

Kamerunlu futbolçu ilə 2030-cu ilə qədər uzunmüddətli müqavilə imzalanıb, eyni zamanda, bir il əlavə müddətə uzatma imkanı da var.

 "Vulverhempton" bu transfer üçün "Verona"ya 12,5 milyon avro ödəyib.

Keçən mövsümdə Tçatçua 37 rəsmi oyunda iştirak edib, 2 qol vurub və 3 məhsuldar ötürmə verib. Transfermarkt-a əsasən, 23 yaşlı müdafiəçinin bazar dəyəri 8 milyon avro olaraq qiymətləndirilir.

Избранный
134
4
90deqiqe.az

10Источники