RU

Rusiyanın təzyiqləri nəticə VERMƏYƏCƏK

Modern.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Rusiya Silahlı Qüvvələri bir neçə gün əvvəl Odessada SOCAR-ın yanacaqdoldurma məntəqəsini yenidən vurub.

Hücum zamanı 17 ədəd yanacaq çəni, nasosxana binası, operator və texniki otaqlar, eləcə də çəki məntəqələri zədələnib, ərazinin hasarı dağıdılıb.

Həmçinin Rusiyada azərbaycanlılara qarşı artan təzyiqlər, milli və dini zəmində ayrıseçkilik halları mşahidə edilir. Moskvanın çoxmillətli cəmiyyətə qarşı bu yanaşması Hitlerin yanaşmasını xatırladır. Rusiya bütün bunlarla  adekvat olmayan üzünü göstərir.

Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Elşad Musayev bildirib ki, dövlət, cəmiyyət və siyasi cameə olaraq, Rusiyaya yönəlik siyasətimizi birdəfəlik müəyyənləşdirməliyik:

“Rusiyanın özünün dövlətçilik fəlsəfəsi var. Hadisələrə bu istiqamətdən yanaşmaq lazımdır. Yəni heç kəs fikirləşməsin ki, Rusiya Azərbaycanı bərabərhüquqlu tərəfdaş kimi görür. Rusiya nəinki Azərbaycanı Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Ermənistanı da bərabərhüquqlu tərəfdaş kimi görümür. Rusiya bu bölgələri işğal altında saxlamaq istəyir. Ona görə də hər cür təzyiq mexanizmini işə salır. Müvəqqəti sakitçilik olur, müqavilələr imzalanır№.

Deputat vurğulayıb ki, Rusiya Cənubi Qafqazı öz nəzarətində saxlamaq istəyir:

“Azərbaycan bu bölgədə daha güclü və lider dövlətdir. Azərbaycanın müstəqil xarici siyasəti var. Bu, Rusiyanı qane etmir. Təyyarəmizin vurulması və digər təzyiqlər də Rusiya siyasətinin tərkibi hissəsidir. Bundan sonrakı mərhələdə də istər Azərbaycana, istərsə də Rusiyada yaşayan azərbaycanlılara qarşı təzyiq siyasəti davam edəcək. Rusiya çox kobud, qaba dövlətdir, məsələlərə primitiv yanaşır. Pomidoru, kənd təsərrüffatı məhsullarının qarşısını alır. Bu, dövlət və cəmiyyət olaraq daha güclü müqavimət göstərənə qədər davam edəcək. Azərbaycan da bunu göstərir. Rusiya hansı təzyiq mexanizmini işə salırsa-salsın Azərbaycan onun qabağından çəkilməməlidir. Cəmiyyət də buna adekvat yanaşmalıdır. İndi burada Rusiyanın kifayət qədər casus şəbəkəsi var. Bunlar vasitəsilə də müxtəlif xof yaradırlar. Bu olub və olacaq. Yeni nəsə yoxdur. 10 illərlə azərbaycanlıları söyürdülər, döyürdülər, obyektini dağıdırdılar. Onda səs-küy çıxmırdı. İndi Azərbaycan güclü dövlətdir və etiraz edir. Azərbaycan nəzərə alaq ki, əvvəl mütəffiqsiz və zəif idi. Beynəlxalq aləmdə də mövqeyimiz zəif idi. İndi beynəlxalq aləmdə də mövqeyimiz güclüdür. Azərbaycanın iqtisadi, hərbi gücü də kifayət qədərdir. Türkiyə kimi strateji müttəfiqimiz var. Bu da Rusiyanı qane etmir. Bütün hallarda mən hesab edirəm ki, bu təzyiqlər  davam etsə də, Azərbaycan artıq Rusiyanın orbitinə qayıtmamalıdır, qayıtmayacaq da".

Parlamentari vurğulayıb ki, münasibətlərin kormlanmasına görə qarşı tərəf məsuliyyət daşıyır:

"Bizim ABŞ ilə münasibətlərimiz yeni mərhələyə keçdi, yaxşılaşdı. Bu,gözəldir. Bizim Rusiya və İranla da münasibətlərimiz yaxşı olmalıdır. Amma müəyyən problemlər onlar tərəfindən yaradılır. Biz də təbii ki, etiraz etməliyik. Bunun üçün gücümüz və potensialımız var".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
5
1
modern.az

2Источники