RU

Suriya Prezidenti Dəməşqdə amerikalı senatorlarla görüşür

Suriyanın keçid dövrü Prezidenti Əhməd əş-Şəraa Dəməşqdə ABŞ Nümayəndələr Palatası və Senatının nümayəndə heyəti ilə görüşür.

Bu barədə Suriyanın SANA dövlət agentliyi məlumat verib.

Görüşdə Suriyanın xarici işlər naziri Əsəd əş-Şeybani və daxili işlər naziri Anas Xəttab da iştirak edirlər.

Agentlik görüşlə bağlı digər təfərrüatları açıqlamayıb.Qeyd etmək lazımdır ki, bu, ötən ilin dekabrında Bəşər Əsəd rejiminin devrilməsindən sonra ABŞ qanunvericilərinin Suriyaya ilk səfəridir.

Избранный
98
7
anspress.com

6Источники