RU

Ədalətli bir dünya quracağıq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 19 Avqust Dünya Humanitar Yardım Günü münasibəti ilə məqalə qələmə alıb.

Publika.az xəbər verir ki, Ərdoğanın “Sərhədləri aşan mərhəmət: Sivilizasiyalar Alyansı və Humanitar Diplomatiya” başlıqlı məqaləsi Rabitə İdarəsi tərəfindən dərc edilib.

Ərdoğan məqaləsində sülh və ortaq rifahı önə çəkərək, Türkiyənin hər bölgədə uzatdığı yardım əlinin vicdanın səsini eşitdirməyin ən güclü nümunəsi olduğunu bildirib.

“Birimizin yaşadığı ağrı hamının vicdanında əks-səda verən ortaq fəryaddır. Humanitar yardım dərin empatiya və insanpərvərlik hissindən doğan diplomatiyanın ən yüksək formasıdır. Dünyanın ən qədim sivilizasiya bölgələrindən biri olan Aralıq dənizinin əks sahillərində yerləşən Türkiyə və İspaniya ümumbəşəri dəyərlərə sadiq dost və güclü müttəfiqdirlər.

NATO çətiri altında keçirdiyimiz fəlakət təlimləri, qeyri-qanuni miqrantlara humanitar yardımlar, çətin anlarda bir-birimizə verdiyimiz dəstək bu qardaşlığın konkret sübutudur.

Избранный
113
publika.az

1Источники