RU

Ölkədə 7 ayda ev tikintisinə 1,5 milyard manat sərf olunub

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda əsas kapitala yönəldilmiş investisiyalardan yaşayış evlərinin tikintisinə 1,5 milyard manat sərf olunub.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 411 milyon manat və ya 36,7% çoxdur.

Belə ki, 2024-cü ilin ilk yeddi ayında ölkədə əsas kapitala yönəldilmiş investisiyalardan yaşayış evlərinin tikintisinə 1,1 milyard manat sərf olunmuşdu.

Избранный
40
3
azpost.info

10Источники