RU

Pezeşkian: İran Azərbaycan və Ermənistan arasında sülhü dəstəkləyir

İran regionda sərhədlərdə istənilən dəyişikliyi qəbuledilməz hesab edir və Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasını dəstəkləyir.

Paralel.az -ın xəbərinə görə, bu barədə İrəvanda İran prezidenti Məsud Pezeşkian bildirib.

İran prezidentinin sözlərinə görə, regiondankənar qüvvələrin istənilən müdaxiləsi Tehran üçün qəbuledilməzdir, çünki bu, vəziyyəti daha da çətinləşdirəcək.

"Bölgədə sərhədlərdə istənilən dəyişiklik geosiyasi rəqabətə səbəb ola bilər. Bu baxımdan Qafqazda sülh bizim üçün strateji əhəmiyyət kəsb edir", - İran prezidenti vurğulayıb.

Onun sözlərinə görə, İran və Ermənistan tərəfdaşlıq səviyyəsini strateji səviyyəyə qaldırmaq əzmindədir, tərəflər qarşılıqlı səfərləri intensivləşdirmək niyyətindədirlər. Bu kontekstdə o, Paşinyanı İrana dəvət edib.

Избранный
12
2
paralel.az

4Источники