RU

Pezeşkian: Qafqazda sülh bizim üçün strateji əhəmiyyət kəsb edir

Qafqazda sülh İran üçün strateji əhəmiyyət kəsb edir.

Bunu İrəvanda keçirdiyi brifinqdə İran prezidenti Məsud Pezeşkian deyib.

"Regionda sərhədlərdə istənilən dəyişiklik geosiyasi rəqabətə səbəb ola bilər. Bu baxımdan Qafqazda sülh bizim üçün strateji əhəmiyyət kəsb edir", - Pezeşkian bildirib.

Onun sözlərinə görə, İran və Ermənistan tərəfdaşlıq səviyyəsini strateji səviyyəyə qaldırmaq əzmindədir, tərəflər qarşılıqlı səfərləri intensivləşdirmək niyyətindədirlər. Bu kontekstdə o, Ermənistanın baş naziri Nikol Paşinyanı İrana dəvət edib.

Избранный
11
2
aznews.az

4Источники