RU

İranda Azərbaycana qarşı qaralama kampaniyası genişlənir

Avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan rəhbərləri tərəfindən imzalanmış sülh bəyannaməsi çərçivəsində Azərbaycanın əsas ərazisini Naxçıvanla birləşdirəcək Tramp marşrutu haqqında razılıq əldə edildikdən sonra gözləmək olardı ki, İranda Zəngəzur dəhlizi ilə bağlı bir sıra rəsmilər və çoxsaylı ekspertlər səviyyəsində, həmçinin media müstəvisində Bakıya qarşı uzun müddətdir aparılan qaralama kampaniyası istiqamətini dəyişəcək.

Bu barədə “Azad İran” “YouTube” kanalında yayımlanan növbəti videosüjetdə qeyd olunur.

Müəllif qeyd edir ki, həmin tranzit yolunun 99 il müddətinə özəl Amerika şirkətinin idarəetməsinə verilməsinin və ABŞ Prezidenti Donald Trampın şərəfinə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Yolu” adlandırılmasının təşəbbüskarı və İranda “Amerika ilə qonşu olduq” kimi həyəcanlı tezisin meydana çıxmasının səbəbkarı məhz Ermənistandır!

Xatırladaq ki, hələ bu söhbət yenicə meydana çıxanda, iyulun 19-da Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə qonaqlardan birinin həmin mövzu ilə bağlı verdiyi sualın cavabında deyib: “Amerika şirkətinin Zəngəzur dəhlizini bir növ icarəyə götürməsi ilə bağlı sualınıza gəldikdə, bu, Ermənistan rəhbərliyinə ünvanlanmalıdır. Bizim ərazidə heç bir operator, heç bir ticarətçi, heç bir icarədar ola bilməz”.

Azərbaycan lideri birmənalı şəkildə bildirib ki, Zəngəzur dəhlizinin Azərbaycana aid hissəsində heç bir xarici tərəfdaş və kənar qüvvə olmayacaq. İranı narahat edən amerikalılar isə, sonradan da dəqiqləşdiyi kimi, dəhlizin Ermənistan ərazisinə düşən hissəsində fəaliyyət göstərəcək. Amma belə görünür ki, Azərbaycan rəsmilərinin nə deməsindən asılı olmayaraq, İranda müəyyən dairələr qarşılarına yalnız Azərbaycanı qaralamaq və gözdən salmaq məqsədini qoyublar.

Избранный
13
3
editor.az

4Источники