RU

Rumıniya Azərbaycandan xam neft məhsullarının alışını artırıb

2025-ci ilin yanvar-iyul aylarında Azərbaycandan Rumıniyaya təqribən 378 milyon dollar dəyərində 685,9 min tondan çox xam neft və xam neft məhsulları ixrac olunub.

Dövlət Gömrük Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, bu, 2024-cü ilin müvafiq göstəricilərini dəyər ifadəsində 40,45 faiz və ya təqribən 108,8 milyon dollar, həcm baxımından isə 58,12 faiz və ya 252,1 ton üstələyir.

Cari ilin ilk 7 ayı ərzində ölkədən ümumilikdə 7,6 milyard dollar dəyərində 14,4 milyon tondan çox xam neft məhsulları ixrac edilib. Bu məhsul kateqoriyası üzrə idxalçı ölkələr sırasında Rumıniya 5-ci yerdə qərarlaşıb, halbuki 2024-cü ilin müvafiq dövründə bu ölkə siyahının 9-cu pilləsində yer almışdı.

Избранный
48
3
operativmedia.az

6Источники