RU

Çerçesov: Qarabağ”ın gücünü, Qurbanovun komandanı qurmaq bacarığını görmüşəm

ain.az bildirir, sport24.az portalına istinadən.

Rusiya millisinin və Macarıstanın "Ferensvaroş" komandasının sabiq baş məşqçisi, hazırda "Axmat" klubunu çalışdıran Stanislav Çerçesovun AZƏRTAC-a danışıb. Sport24.az həmin müsahibəni təqdim edir.

- 2022-ci ildə "Ferensvaroş"un baş məşqçisi olduğunuz dönəmdə "Qarabağ"la Çempionlar Liqasının III təsnifat mərhələsində qarşılaşmısınız. Həmin oyunları necə xatırlayırsınız?

- Həmin matçlar mənim üçün çox xoş xatirələrdir, çünki uzun müddətdən sonra Bakıya gəlmək imkanım olmuşdu. Cütün ilk görüşünün məhz orada keçirilməsi mənim üçün xoş təsadüf oldu. Böyük məmnuniyyətlə Bakıya uçduq. Emosional tərəfdən müsbət hisslər yaşadım. Amma eyni zamanda biz "Qarabağ"ı yaxşı təhlil etmişdik. Artıq Çempionlar Liqasının qrup mərhələsində çıxış etmiş, ölkəsində isə ardıcıl çempionluqlar qazanan klubla qarşılaşırdıq. Rəqibin güclü, oyunun isə çətin olacağını bilirdik. Elə nəticələr də bunu göstərdi. Həmin iki oyun barədə yalnız xoş xatirələrim qalıb.

- Bu gün yenidən iki komanda üz-üzə gələcək. Lakin bu dəfə Çempionlar Liqasının pley-off mərhələsində. Şansları necə dəyərləndirirsiniz?

- Bu səviyyədə keçirilən oyunlarda hər zaman şanslar bərabər olur. O vaxt "Qarabağ"la oyunda bizdə müəyyən üstünlük var idi. Çünki Bakıdakı ilk görüş 1:1 hesabı ilə bitmişdi. Amma cavab oyunu bizim üçün uğursuz başladı. "Qarabağ" kimi təcrübəli komanda qarşısında 0:1 hesabı ilə geri düşmək onlara daha rahat əks-hücum imkanı vermək demək idi. Və bu da rəqib üçün böyük üstünlük oldu. Yenə də deyirəm, bu mərhələdə hansısa komandanı konkret favorit göstərmək çətindir. "Qarabağ"ın heyətində ölkə çempionları, avrokubok təcrübəsi olan oyunçular var. Bizimlə oyunlar zamanı da şansları bərabər hesab edirdim.

- Sizin dövrünüzdəki "Ferensvaroş"la indiki komanda arasında nə kimi fərqlər var?

- Düzünü desəm, mən öz gedişimdən sonra "Ferensvaroş"un yalnız bir oyununu izləmişəm. Səhv etmirəmsə, səfərdə "Pușkaş Akademiyası"na 0:1 hesabı ilə uduzmuşdular. Bu isə ötən il baş vermişdi. Amma təbii ki, həm sistemdə, həm də oyunçu seçimində fərqlilik görürəm, oyunun quruluşunda da dəyişiklik hiss olunur. Həmin il çempionluğu son turda çətinliklə qazanmışdılar. Ya komandada yenidənqurma gedirdi, ya da başqa səbəblər var idi.

- "Qarabağ" uzun illərdir avrokuboklarda uğurla çıxış edir. Sizcə, bunun sirri nədədir?

- "Qarabağ"ın avrokuboklarda daim uğurlu çıxışının əsas səbəbi ilk növbədə sabitlikdir. Klubun maliyyə sabitliyi yerindədir. Təbii ki, uzun illərdir komandada çalışan baş məşqçi Qurban Qurbanovun da burada rolu danılmazdır. Heyət çox dəyişmir. Hər il məşqçi dəyişmirlər, oyunçuları komandaya necə gəldi götürmürlər. Buna görə "Qarabağ"da sabitlik var.

- Qurban Qurbanov haqqında da fikirlərinizi bilmək maraqlı olardı...

- Hər il "Qarabağ"a titullar qazandırır, komandası Avropa Liqasında, Çempionlar Liqasında uğurla çıxış edir. Onlar hətta 2017-ci ildə Çempionlar Liqasının qrup mərhələsinə də yüksəlmişdilər. Mən özüm də "Qarabağ"ın gücünü, Qurban Qurbanovun komandanı qurmaq bacarığını görmüşəm. Ona görə də Qurbanov haqqında yalnız yaxşı sözlər deyə bilərəm.

- Bir neçə il öncə Azərbaycan millisinin baş məşqçisi təyin ediləcəyinizlə bağlı xəbərlər yayılmışdı. Maraqlıdır, həqiqətən AFFA-dan rəsmi təklif almışdınız, yoxsa bunlar yalnız şayiə idi?

- Bəli, adım bəzən Azərbaycan yığması ilə hallanırdı. Amma konkret olaraq mənimlə heç kim nə əlaqə saxlayıb, nə də hansısa təkliflə çıxış edib. Sadəcə, bəzən jurnalistlər, agentlər zəng edir, maraqlanır, suallar verirdilər. Mənim üçün dəvət odur ki, konkret klub, prezident, federasiya, baş katib zəng edib desin ki, bu məsələni müzakirə edə bilərik? AFFA-dan isə belə bir təklif olmamışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
18
4
sport24.az

5Источники