Paytaxtın Binəqədi rayonundakı avtobus dayanacağına zərər vurulması və ərazidəki antisanitar vəziyyətlə bağlı paylaşılmış görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.
Bu barədə Bakues.az-a DİN Mətbuat Xidmətindən bildirilib.
Dövlət əmlakına zərər vuran, ictimai yerdə antisanitar vəziyyət yaradaraq vətəndaşların haqlı narazılığına səbəb olan şəxs saxlanılaraq barəsində məsuliyyət tədbiri görülüb.