RU

Deputatın qardaşı Ukraynada öldürülüb - FOTO

Rusiya Dövlət Dumasının “Yedinaya Rosiya” fraksiyasından olan tanınmış deputat Vitali Milonovun doğma qardaşı Aleksandr Milonov Ukraynada gedən döyüşlərdə həlak olub. Bu barədə avqustun 19-da Rusiya mediası, o cümlədən RT dövlət kanalı məlumat yayıb.

Məlumata görə, Aleksandr Milonov “LXR” separatçı qruplaşmasının kəşfiyyat bölmələrindən birində, 3-cü ümumqoşun ordusunun tərkibində “könüllü” kimi xidmət edib. Döyüşlər zamanı aldığı yaralara görə xəstəxanaya yerləşdirilib və sonra dünyasını dəyişib.

Milonov Donbas separatçılarını açıq şəkildə dəstəkləyib və Prezident Vladimir Putinin əlindən “Vətən qarşısında xidmətlərə görə” ordeni alıb.

Deputatın qardaşının ölümü Rusiyanın işğalçı müharibəsinin artıq Kremlə sadiq şəxslərin ailələrinə də təsir etdiyini göstərir.

AzPolitika.info

Избранный
117
42
hurriyyet.az

10Источники