RU

Azərbaycana ən çox hansı ölkələrdən səfər edirlər? Siyahı

Yeniavaz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bu ilin yanvar-iyul aylarında Azərbaycana dünyanın 182 ölkəsindən 1 milyon 477,9 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,7% az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, gələnlərin 26,1%-i və ya 385,7 min nəfəri Rusiya vətəndaşları olub.

Qeyd dək Azərbaycana ən çox əcnəbi aşağıdakı ölkələrdən gəlib:

Rusiya – 385,7 min nəfər (ölkəyə gələn əcnəbilərin 26,1%-i);

Türkiyə – 252,7 min nəfər (17,1%);

Hindistan – 119,7 min nəfər (8,1%);

İran – 116,8 min nəfər (7,9%);

Səudiyyə Ərəbistanı – 62,0 min nəfər (4,2%);

Gürcüstan – 60,6 min nəfər (4,1%);

Qazaxıstan – 59,1 min nəfər (4,0%);

Pakistan – 47,3 min nəfər (3,2%);

Çin – 34,0 min nəfər (2,3%);

İsrail – 29,6 min nəfər (2,0%);

Özbəkistan – 29,6 min nəfər (2,0%);

Birləşmiş Ərəb Əmirlikləri – 26,6 min nəfər (1,8%);

Ukrayna – 20,7 min nəfər (1,4%);

Türkmənistan – 19,2 min nəfər (1,3%);

Belarus – 14,8 min nəfər (1,0%);

Küveyt – 14,8 min nəfər (1,0%).Bildirilir ki, gələnlərin 66,5%-ni kişilər, 33,5%-ni qadınlar təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə Tacikistandan gələnlərin sayı 1,9 dəfə, İsraildən 1,7 dəfə, Çindən 1,6 dəfə, Yaponiyadan 42,9%, Qırğızıstandan 36%, İordaniyadan 28,7%, Qazaxıstandan 20,6%, Özbəkistandan 19,8%, Niderlanddan 16,3%, Pakistandan 16,1%, Kanadadan 15,8%, ABŞ-dən 15,6%, Almaniyadan 13,2%, İtaliyadan 10,9%, Cənubi Koreyadan isə 10,8% artıb.

Ötən ilin yanvar-iyul ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 7% artaraq 61 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 8,3% azalaraq 237,4 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 6% azalaraq 522,7 min nəfər olub. Digər ölkələrdən gələnlərin sayı isə 4,1% artaraq 656,8 min nəfər təşkil edib.

Ölkəmizə gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 75,5%-i hava, 23,1%-i dəmir yolu və avtomobil, 1,4%-i isə dəniz nəqliyyatından istifadə edib.Elnur Əli

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
78
10
yeniavaz.com

10Источники