AzVision.az xəbər verir ki, bu fikirlər Bakı Təşəbbüs Qrupunun (BTQ) Fransanın Yeni Kaledoniyaya münasibətdə müstəmləkəçilik siyasətini davam etdirmək cəhdlərinin pislənildiyi bəyanatında yer alıb.
BTQ-nin bəyanatında qeyd olunub ki, Kanak və Sosialist Milli Azadlıq Cəbhəsinin (FLNKS) 45-ci qurultayında Fransanın Yeni Kaledoniyaya sırımağa çalışdığı Bujival razılaşması qətiyyətlə rədd edilib:
“Qurultay iştirakçıları 1998-ci ildə imzalanmış Numea Sazişinın Yeni Kaledoniyanın dekolonizasiyasının əsas hüquqi dayağı kimi təsdiqləndiyini və Bujival razılaşmasının Numea sazişinin müddəalarına tamamilə zidd olduğunu bəyan ediblər.
Qeyd edək ki, FLNKS “Kanaki Sazişi” çərçivəsində ölkənin müstəqilliyini elan etməyi nəzərdə tutur. “Kanaki Sazişi” yol xəritəsi rolunu oynayan və 2025-2030-cu illər arasında Yeni Kaledoniyanın tam suverenliyə hazırlanması üzrə keçid dövrünü ehtiva edən bir hüquqi sənəd olacaq. Həmçinin Fransa ilə müvəqqəti münasibətlər də məhz bu saziş əsasında müəyyənləşəcək.
FLNKS-in rəsmi sosial şəbəkə hesabında yayılan açıqlamada Bujival razılaşmasının dinc yolla rədd edildiyi və hərəkatın rəmzlərinin qürurla hər yerdə nümayiş etdirilməsinin vacibliyi xüsusi vurğulanıb. Əlavə olaraq kanak xalqının birliyi və qətiyyətinin dəyişməz olaraq qalacağı, onların ortaq gələcəyinin müdafiəsi uğrunda mübarizənin davam etdiriləcəyi bidirilib”.
Bəyanatda daha sonra Fransanın müxtəlif vasitələrlə Yeni Kaledoniyanı Bujival sazişi ilə şantaj etməyə çalışdığı vurğulanıb:
“Xatırladaq ki, Fransanın dənizaşırı ərazilər üzrə naziri Manuel Valls 19-23 avqust aralığında Yeni Kaledoniyaya baş tutacaq səfəri çərçivəsində Bujival sazişinin redaktə edilməsi üzrə müzakirələrə başlayacağını deyib.
Valls bildirib ki, bu saziş həyata keçirilməsə, Yeni Kaledoniya siyasi, iqtisadi və sosial böhran təhlükəsi ilə üzləşəcək. Fransalı nazirin Bujival sazişinə dair “alternativ mövcud deyil” bəyanatı isə Yeni Kaledoniyada açıq şəkildə şantaj və təzyiq siyasəti kimi qiymətləndirilib.
2025-ci il avqustun 21-də Bujival razılaşmasının redaksiya komitəsinin iclası keçiriləcək. İclasda Manuel Vallsın razılaşmanı şərh edəcəyi və əlavə dəyişikliklər təqdim edəcəyi gözlənilir. Kanakların aydın və qəti mövqeyinə baxmayaraq, bu cəhd bəhs olunan sənədin Fransa tərəfindən onlara zorla qəbul etdirilməsi siyasətinin davamı hesab olunur”.
Bakı Təşəbbüs Qrupunun bəyanatında kanak xalqının seçiminə hörmət ediləcəyi və dəstəklənəcəyi ifadə olunub. Eyni zamanda, kanak xalqının gələcəyinin saxta razılaşma ilə deyil, yalnız tam müstəqilliklə təmin olunmasının vacibliyi diqqətə çatdırılıb:
“Fransanın atdığı bu son addımlar beynəlxalq hüququn prinsiplərinə tam zidd olub, qəbuledilməz müstəmləkəçilik siyasətinin davamı kimi dəyərləndirilməlidir. Beynəlxalq hüququn fundamental prinsipləri və BMT-nin qətnamələri açıq şəkildə tələb edir ki, kanak xalqının gələcəyi heç bir güzəşt və ya saxta razılaşma ilə deyil, yalnız tam müstəqilliklə təmin olunmalıdır”.
AzVision.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта