“Qalib gəldiyimiz üçün sevinirik. Çox xoşbəxtik.
Artıq növbəti mərhələ barədə düşünməliyik”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın legioneri Abdullah Zubir Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyununda “Şkendiya”ya 5:1 hesabı ilə qalib gəldikləri matç haqda deyib.
Fransalı yarımmüdafiəçi növbəti mərhələdə də uğur qazanmaq üçün əllərindən gələni edəcəklərini bildirib:
“Ferensvaroş” güclü komandadır. Daha əvvəl onlara qarşı oynamışıq.
Heyətlərində yaxşı futbolçular var. Bununla belə, pley-offu da uğurla keçmək üçün əlimizdən gələni edəcəyik”.
“Qarabağ” üçün yüksək səviyyəni qorumaq nə dərəcədə çətindir” sualını Zubir belə cavablandırıb:
“Əlbəttə, çətindir. Çalışırıq ki, daim yaxşı formada qalaq.
Lakin bu, heç də asan deyil. Yüksək səviyyəni qorumaq üçün məşqlərdə daim çalışmalısan”.
Zubir sonda azarkeşlərə minnətdarlıq edib:
“Stadionda 30 min azarkeşi görmək çox xoş idi. Qələbəmizdə fanatların verdiyi dəstəyin böyük rolu oldu.
Çalışacağıq ki, onları qarşıdakı matçlarda da sevindirək”.