RU

Reuters: NATO müdafiə nazirləri avqustun 20-də Ukrayna ilə bağlı telekonfrans keçirəcək

NATO-nun müdafiə nazirləri və alyansın Baş Qərargah rəisləri avqustun 20-də Ukrayna ilə bağlı telekonfrans keçirməyi planlaşdırırlar.

Operativ Media xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən xəbər verir.

Agentliyin iddiasına görə, görüş iştirakçılarına Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında Alyaskada aparılan danışıqların nəticələri barədə NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Aleksus Qrinkeviç məlumat verəcək. Məsləhətləşmələrdə, həmçinin ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keynin də iştirakı gözlənilir.

NATO qərargahı və Pentaqon isə hələlik bu məlumatı təsdiqləməyib.

Избранный
32
5
operativmedia.az

8Источники