RU

"Fənərbağça"dan 22 milyon avroluq transfer: "Qalatasaray" bu transferdən pul qazanacaq - SON DƏQİQƏ

"Fənərbağça" klubu 22.5 milyon avroluq transferi rəsmiləşdirmək üzrədir. 

Söhbət 26 yaşlı cinah hücumçusu Kerem Aktürkoğludan gedir. 

Tərəflər arasında razılaşmaya əsasən, transfer üçün 22.5 milyon avro ödəniləcək və müqavilədə 2.5 milyon avroluq əlavə bonuslar da yer alacaq. 

Futbolçunun maaşı mövsümlük 4.75 milyon avro olacaq. 

Əlavə edək ki, "Qalatasaray" ilə "Benfika" arasındakı müqavilədə satışdan pay maddəsi mövcuddur. Bu maddəyə əsasən "Qalatasaray" 1 milyon avro qazanacaq. 

 

Offsideplus.az

 

Избранный
76
2
hurriyyet.az

3Источники