Ukrayna ordusu Zaporojye vilayətinin işğal olunmuş hissəsində Rusiyaya məxsus yük qatarını vurub. Nəticədə, qatar tamamilə sıradan çıxıb, ərazidə dəmir yolu xidməti fəaliyyətini dayandırıb.
Moderator.az xəbər verir ki, bu barədə Ukraynanın İşğalın Öyrənilməsi Mərkəzinin rəhbəri Petro Andryuşenko "Telegram"da məlumat verib.
Onun sözlərinə görə, qatar Rusiya ordusunun ehtiyacları üçün yanacaq daşıyıb.
Bildirilir ki, qatar dron zərbələri ilə dayandırılıb.