RU

Kiyev Kremlin SOCAR planını belə pozdu – Rusiyanı silkləyən zərbə

Rusiyanın SOCAR-ın Ukraynadakı infrastrukturuna zərbələr endirməsi ciddi narazılığa səbəb olub. Bir çox analitiklər bu prosesin onsuz da gərgin olan Moskva-Bakı münasibətlərini daha pik həddə çatdıra biləcəyini proqnozlaşdırırlar. Hətta Rusiya-Azərbaycan qarşıdurmasının olması da istisna edilmir.

Digər tərəfdən, Ukrayna ordusu Rusiyanın məşhur “Lukoyl” şirkətinə məxsus Volqoqrad Neft Emalı Zavoduna zərbələr endirdi, nəticədə zavod fəaliyyətini dayandırdı. “Lukoyl”un hədəf alınması bir növ SOCAR-a hücumun qisası kimi dəyərləndirilir

Globalinfo.az-a danışan Milli Məclisin deputatı Azər Allahverənov bildirib ki, Rusiya-Ukrayna müharibəsində digər ölkələrə, xüsusən də Azərbaycana məxsus infrastruktur obyektlərinin vurulması narahatedici haldır: pizza hut

“Avqust ayında SOCAR-ın iki infrastrukturuna zərbələr endirilib. Bir qədər əvvəl isə yanacaqdoldurma məntəqəsinə raket düşüb. Rusiya-Ukrayna müharibəsinin miqyası böyüdükcə, daha şiddətli silahlardan istifadə olunur və endirilən zərbələrin hansı obyektlərə düşdüyünə diqqət yetirilmir. Bu, bilavasitə Rusiyanın Ukraynaya mümkün zərbələr vurması zərurətindən irəli gəlir.

Ümumiyyətlə, belə hadisələr Azərbaycanı təxribatlara çəkmək cəhdlərinin olduğunu göstərir. Müharibə fonunda Rusiyanın Ukrayna infrastrukturlarını hücuma məruz qoyması açıq görünür, lakin yalnız hərbi təyinatlı obyektlər hədəf alınmır. Ukrayna həm hərbi, həm enerji obyektlərini vurur”.

Deputatın sözlərinə görə, SOCAR-ın vurulması ilə Rusiya-Azərbaycan müharibəsinin başlamasına dair fikirlər səsləndirmək doğru olmaz:

“İki ölkə arasında münasibətlər son dövrlər bir qədər gərginləşib və müəyyən proksi qüvvələr vasitəsilə Kremlin rəsmi Bakıya təzyiq göstərməyə çalışdığını görürük. Əvvəllər təbliğatçılar və ictimai-siyasi mühitdə təmsil olunan şəxslər müxtəlif formalarda ölkəmizlə bağlı xoşagəlməz fikirlər səsləndirirdilər. Bu gün isə Azərbaycana məxsus infrastrukturların vurulması Kremlin müxtəlif qüllələrinin fərqli siyasi məqsədlər güddüyünü göstərir. Onlar taktiki gedişlər edir, informasiya sahəsində anti-Azərbaycan ritorikasını gücləndirirlər.

Prosesə daha soyuqqanlı və ehtiyatlı yanaşmaq lazımdır. Bir tərəf digər ölkəni təxribata çəkib təzyiq göstərməyə cəhd edirsə, maksimum tədbir görülməli və beynəlxalq hüququn verdiyi imkanlardan istifadə olunmalıdır. Diplomatik kanallar vasitəsilə münasibətlər davam etdirilməlidir”.


Telegram kanalımız
Избранный
19
2
yenisabah.az

3Источники