RU

Gəncədə 15 yaşlı oğlan qətlə yetirildi

BAKI, 19 avqust. TELEQRAF

Gəncə şəhərində bıçaqlanma faktı qeydə alınıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, 2015-ci il təvəllüdlü Tunar Məmmədov bıçaq yarası ilə xəstəxanaya çatdırılıb. 15 yaşlı yeniyetmə dəmiryolunda bıçaqlanmış vəziyyətdə tapılıb. Əməliyyat edilən T. Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. İlkin məlumata görə, onu tanıdığı şəxs qətlə yetirib.

Faktla bağlı Gəncə şəhər Baş Prokurorluğunda araşdırma başlanılıb.

Избранный
65
4
teleqraf.com

5Источники