RU

Putinin “Eurovision”unda 19 ölkə iştirak edəcək - SİYAHI

Bütün qitələrdən on doqquz ölkə "Intervision"da iştirakını təsdiqləyib.

Publika.az xəbər verir ki, bu barədə Mədəni İrsin Qorunması və Dəstəklənməsi, Milli və Dünya Mədəniyyəti İncəsənət Ənənələrinin İnkişafı Fondu məlumat yayıb.

Qeyd edilib ki, müsabiqəyə Avropa ölkələri və ABŞ da dəvət olunub.

"Hazırda aşağıdakı ölkələrin nümayəndələri müsabiqədə iştirak edəcəklərini rəsmən təsdiqləyiblər: Belarus, Venesuela, Vyetnam, Misir, Hindistan, Qazaxıstan, Qətər, Çin, Kolumbiya, Kuba, Qırğızıstan, Madaqaskar, Rusiya, Səudiyyə Ərəbistanı, Serbiya, ABŞ, Özbəkistan, Tacikistan, Cənubi Afrika Respublikası", - məlumatda deyilir.

Təşkilatçılar qeyd ediblər ki, bəzi ölkələr daxili səbəblərdən, eləcə də hazırlıq üçün vaxt az olduğundan iştirak edə bilməyiblər.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin fevral ayında “İntervision” musiqi müsabiqəsinin 2025-ci ildə keçirilməsi haqqında sərəncam imzalayıb.

“İntervision” musiqi müsabiqəsi “Eurovision”un alternativi olacaq.
Избранный
42
2
sherg.az

10Источники