RU

İsti havada çılpaq yatmaq yuxunu poza bilər

İsti yay günlərində bədəni sərinlətmək üçün bəzi vərdişlər düşündüyümüz qədər faydalı olmur.

E-saglam.az-ın məlumatına görə, mütəxəssislər bildirir ki, isti havada çılpaq yatmaq sağlam həll yolu deyil və yuxunu daha da poza bilər.

Biotibbi mütəxəssislərə görə, çılpaq yatanda bədən tərəfindən istehsal olunan tər dəridə qalır, buxarlanmır və soyutma baş vermir. Nəticədə gecə boyu bədən istiliyi qeyri-sabit olur və yuxu fasilələrlə pozulur.

Çılpaq yatmaq əvəzinə nazik, pambıq pijama geyinmək tövsiyə olunur. Bu, tərin sorulmasına kömək edir, bədəni sərin saxlayır və temperatur dəyişdikcə istiliyi tənzimləyir. Yatmazdan əvvəl ilıq duş qəbul etmək, bilək, topuq və alın bölgəsinə sərin su çəkmək də yuxuya getməyi asanlaşdırır.

Keyfiyyətli yuxu üçün məsləhətlər:

Nazik, pambıq paltar geyinin.

Yatmazdan əvvəl ilıq duş qəbul edin, buzlu sudan çəkinin.

Yataq otağını havalandırın və sərin saxlayın.

Açıq rəngli paltarları üstün tutun, tünd rənglərdən uzaq durun.

Tərcümə: Könül Oruc

E-saglam.az

Избранный
5
e-saglam.az

1Источники