Türkiyə təmsilçisi "Fənərbağça" Avstriyanın “Zaltsburq” klubundan Nene Dorqelesi transfer edib.
"Report" xəbər verir ki, bu barədə İstanbul kollektivinin mətbuat xidməti məlumat yayıb.
22 yaşlı vingerlə 5 illik sözləşmə imzalanıb.
Qeyd edək ki, N.Dorqeles 2022-ci ildən Mali yığmasına cəlb olunur və 24 oyuna 7 qol vurub.