RU

Ərdoğan NATO Baş katibi ilə Rusiya- Ukrayna müharibəsi barədə danışıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla NATO Baş katibi Mark Rütte arasında telefon danışığı olub.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidmətindən bildirilib.

Tərəflər Ukrayna ilə Rusiya arasında danışıqlar prosesindəki son vəziyyəti müzakirə ediblər.

Ərdoğan və baş katib Türkiyənin Ukraynadakı sülh prosesində və Qara dənizin təhlükəsizliyində həlledici roluna toxunublar.

Onlar, həmçinin davamlı təhlükəsizlik təminatları haqqında fikir mübadiləsi aparıblar.

Избранный
43
7
report.az

8Источники