RU

ABŞ-da kömür daşıyan yük gəmisində partlayış baş verib

ABŞ-ın Merilend ştatının Baltimor sahillərində kömür daşıyan yük gəmisində partlayış qeydə alınıb.

Hadisə nəticəsində yanğın başlayıb.

Editor.az xəbər verir ki, NBC News-un məlumatına görə, partlayış yerli vaxtla saat 18:30 radələrində baş verib. ABŞ Sahil Mühafizəsi hadisə ilə bağlı açıqlama yayaraq yanğının qısa müddətdə nəzarətə alındığını və tam söndürüldüyünü bildirib.

Məlumata əsasən, insident nəticəsində xəsarət alan olmayıb. Partlayışın səbəbləri araşdırılır.

//Samir Qurbanov, Editor.az

Избранный
22
editor.az

1Источники