“Vulverhempton” yeni futbolçu ilə anlaşıb.
Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Verona”nın müdafiəçisi Cekson Tçatçua uzunmüddətli müqavilə ilə İngiltərə klubuna qoşulub.
23 yaşlı futbolçu ilə bağlanan müqavilənin müddəti 2030-cu ilə qədərdir və bir il əlavə uzatma şərti da nəzərdə tutulub.
“Vulverhempton” onun üçün 12,5 milyon avro ödəyib.
Kamerunlu müdafiəçi ötən mövsüm “Verona”da 37 oyun keçirib, 2 qol vurub və 3 məhsuldar ötürmə verib.