RU

Ötən ilin doğum və ölüm statistikası AÇIQLANDI

2024-cü ildə Azərbaycanda doğulan uşaqların sayı 102 310 nəfər olub. Şəhər yerlərində 49 373, kənd yerlərində isə 52 937 nəfər yeni doğulmuş körpə qeydə alınıb.

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Azərbaycan Statistika Komitəsindən bildirilib. 

Eyni dövrdə ölkədə ölümlərin sayı 58 909 nəfər olub. Şəhərlərdə 33 139, kənd yerlərində isə 25 770 nəfər vəfat edib. Bununla ölkədə təbii artım 43 401 nəfər təşkil edib. Şəhər yerlərində təbii artım 16 234, kənd yerlərində isə 27 167 nəfər olub.

Statistik rəqəmlər göstərir ki, təbii artım hələ də kənd yerlərində daha yüksəkdir. Ümumilikdə 2024-cü ilin nəticələri ölkədə demoqrafik vəziyyətin stabil olduğunu, lakin şəhərlərdə doğum və təbii artım nisbətlərinin aşağı düşdüyünü ortaya qoyur.

Xeyrənsə Piriyeva

Избранный
43
1
news24.az

2Источники