Amerika Birləşmiş Ştatları Ukraynaya təhlükəsizlik təminatının verilməsi çərçivəsində oraya qoşun yeritməyəcək.
Missiya.Az "APA" ya istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib.
"ABŞ qoşunları Ukrayna ərazisinə yerləşdirilməyəcək. Lakin biz şübhəsiz ki, koordinasiyaya kömək edə bilərik və bəlkə də avropalı müttəfiqlərimizin təhlükəsizliyini təmin etmək üçün başqa vasitələrlə təmin edə bilərik", - o deyib.