RU

Daha yaxşısını etmək olardı Elmar Baxşıyev

Qol.az saytına istinadən ain.az xəbər verir.

"Gərgin oyun alındı. Hər iki komanda meydanda yaxşı mübarizə apardı. Bir xal da bizim üçün xeyirlidir. Komanda olaraq turlar keçdikcə özünəinam artacaq. Əvəzetmələri oyunun gedişinə görə etdik. Əvəzolunmaz futbolçu yoxdur. Bir qədər də ehtiyatı əldən vermədik".

QOL.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 1-ci turunda "Zirə" ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra deyib. 

O, daha sonra komandasının avrokuboklardakı çıxışını dəyərləndirib: 

"Omoniya" ilə oyundan sonra təzyiqlər oldu. Biz də çalışdıq nəsə edək, amma təcrübəsizlik sözünü dedi. Ümumi götürdükdə, minimum vəzifənin öhdəsindən gəlməyi bacardıq. Avrokuboklar artıq bizim üçün bitib. Yaxşı təcrübə qazandıq. Hər bir məğlubiyyət komandaya təsir edir.

Sevindirici məqam odur ki, bərk, xarakterli komandam var. Düşünürəm ki, maneələrin komandamıza təsiri olmayacaq. Əlbəttə, daha yaxşısını etmək olardı. Ola bilsin gücümüz, bəlkə də təcrübəmiz çatmadı. Ancaq keçmişlə yaşamaq istəmirik. Sadəcə, nəticə çıxartmalıyıq".Mütəxəssis klubdakı gələcəyindən də söz açıb: "Məşqçi işi daimi deyil. Rəhbərlik nə vaxta qədər etimad göstərəcəksə, o vaxta qədər də işimizin başında olacağıq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
27
4
qol.az

7Источники