RU

Şuşa həbsxanasının taleyi necə olacaq? - Açıqlama

XIX əsrin ortalarında inşa edilmiş Şuşa həbsxanası tarixi əhəmiyyət daşıyan tikililərdən biridir və işgal dövründə erməni silahlı birləşmələri tərəfindən müxtəlif məqsədlərlə istifadə olunub.

News24.az-ın məlumatına görə, Şuşa Şəhəri Dövlət Qoruq İdarəsindən Modern.az-a bildirilib ki, hazırda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə həmin kompleksdə İşğal Muzeyinin yaradılması ilə bağlı layihə hazırlanma mərhələsindədir.

Əlavə olaraq qeyd edilib ki, layihə çərçivəsində binanın tarixi və memarlıq xüsusiyyətləri nəzərə alınmaqla bərpa edilməsi, müasir muzey formatında qorunaraq gələcək nəsillərə təqdim olunması nəzərdə tutulur.


Избранный
63
9
news24.az

10Источники