RU

Gəncədə 15 yaşlı oğlan qətlə yetirildi

Gəncə şəhərində qətl hadisəsi baş verib.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, 2010-cu il təvəllüdlü Tunar Məmmədov bıçaq yarası ilə xəstəxanaya çatdırılıb.

15 yaşlı yeniyetmə dəmiryolu ərazisində bıçaqlanmış vəziyyətdə tapılıb. Əməliyyat edilən T. Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, şəhər sakini, 15 yaşlı A. Hətəmov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Избранный
32
4
axar.az

5Источники