RU

Gətirəndə də gərək belə legionerlər gətirəsən, yoxsa…

Saşa İliçin Azərbaycanda debütü uğurlu alındı.

«Sumqayıt» onun başçılığı altında Premyer Liqada yeni mövsümə 3 qol və 3 xalla start verdi.

«Qalatasaray»dan tanıdığımız ötənlərin məşhur oyunçusu oynatdığı futbolla «Kəpəz» üzərində qələbəni təpədən-dırnağa haqq etdi.

Matçın 3:0 bitməsinə «Sumqayıt» ürəkdən sevinməyə də bilər. Hesab daha böyük ola bilərdi, ona görə.

«Sumqayıt» ilk hissədəki istəyini fasilədən sonra da nümayiş etdirsəydi, 90 dəqiqə 5-6 top fərqiylə yekunlaşacaqdı.

Rəqibin onlara təklif etməyə nəyisə sezilmədi - B, C, D variantlarından danışmağa dəyməz.

Rüstəm Əhmədzadə, Aleksandr Ramalinqom və Aleksa Yankoviç «Sumqayıt»da qol hesabını açdı. Bu üçlük irəliləyən həftələrdə çox iş görəcək. Kim belə «üçlüy»ü fikirləşibsə, ona əhsən!

Rüstəm «Qarabağ» və «Zirə»də özünü istənilən səviyyədə göstərməsə belə, bu, o cür anlaşılmasın ki, zəif hücumçudur.

Su axar, çuxurunu tapar. Rüstəmin «Sumqayıt»da özünü tapacağını gözləyirəm.

Ramalinqom qolçuluq bacarığını hələ 1 il öncə «Sumqayıt»da təsdiqləyib. Çəkisinə diqqət yetirsə, 10 ay İliçin çörəyinə yağ sürtəcək.

Aleksa Yankoviç Azərbaycanda yenidir. Sol ayağı ilə böyük işlər görəcək. Gözü iti, hissiyatı güclü, vuruşu sərtdir.

Serbiyalı yarımmüdafiəçinin gəlişində əziyyəti keçənlərə bir də afərin!

MUSA

Избранный
24
sportinfo.az

1Источники