Qaynarinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
İyul ayında təqdim edilən qatlanan "Honor Magic V5" smartfonu dünya rekorduna imza ataraq Ginnesin Rekordlar Kitabına daxil edilib.
Qaynarinfo xəbər verir ki "Gizmochina"nın məlumatına görə, cihaz "qatlanan smartfon tərəfindən qaldırılan ən böyük çəki" nominasiyasında rekord əldə edib.
Dubayda keçirilən sınaqda smartfonun menteşəsinə soyuducu və əlavə yük plitələri bağlanıb. Ümumi çəkisi 104 kiloqram olan bu yüklə də cihaz sınmayıb. Bu göstərici əvvəlki rekordu təxminən 30 kiloqram üstələyib.
Rekordun əsasını "Super Steel Hinge" adlı xüsusi poladdan hazırlanmış menteşə təşkil edib. İstehsalçının açıqlamasına görə, menteşənin dartılma möhkəmliyi 2300 meqapaskala çatır və mexanizm 500 min qatlanmaya hesablanıb.
Bundan əvvəl də "Honor" şirkəti "Magic V5" modelini ekstremal şəraitdə sınaqdan keçirib. Qurğuya güclü yağış, temperatur dəyişmələri və polad kürəciklərlə zərbələr tətbiq olunub. Son təcrübə isə cihazın dayanıqlılığını qəti şəkildə sübut edib.
Yalnız möhkəmliyi ilə deyil, həm də nazikliyi ilə diqqət çəkən smartfonun çəkisi 217 qram, qatlanmış vəziyyətdə qalınlığı isə cəmi 8,8 millimetrdir. Bu göstərici, məsələn, "Galaxy Z Fold 7" modelindən 0,1 millimetr daha azdır.
Texniki göstəricilərinə gəldikdə, "Honor Magic V5" flaqman seqmentinə uyğun xüsusiyyətlərə sahibdir: "Snapdragon 8 Elite" prosessoru, 16 GB-a qədər əməli yaddaş, 5820 mA/saat tutumlu batareya və 66 vattlıq sürətli enerji yığma. Eyni zamanda, 120 Hz tezlikli LTPO OLED ekranlar (6,43 və 7,95 düym), 50+50+64 meqapiksellik üçlü kamera sistemi və "Magic OS 9" (Android 15) əməliyyat sistemi ilə təchiz olunub.
Qiymət baxımından model rəqiblərinə nisbətən əlverişlidir. 12+256 GB yaddaşlı ilkin versiya 1250 dollara, 16+1024 GB yaddaşlı ən yüksək konfiqurasiyalı versiya isə 1530 dollara təklif olunur. Müqayisə üçün, Avropada "Samsung Galaxy Z Fold 7" 2100 avrodan başlayan qiymətlərlə satılır. Hazırda "Honor Magic V5" yalnız Çin bazarında satışdadır.
Aydın
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.