RU

Putin-Zelenski görüşünə onlar cavabdehlik daşıyacaqlar

Putin-Zelenski görüşünə onlar cavabdehlik daşıyacaqlar

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens, dövlət katibi Marko Rubio və xüsusi elçi Stiven Uitkoff Rusiya prezidenti Vladimir Putinlə Vladimir Zelenski arasında görüşü tez bir zamanda təşkil etmək üçün Rusiya və Ukrayna ilə koordinasiya aparacaqlar.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Caroline Leavitt jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.

“Prezident Tramp prezident Putinlə telefonla danışıb və o, sülh prosesini prezident Putin və Zelenski arasında görüş, ardınca isə lazım gələrsə, prezident Putin, Zelenski və prezident Tramp arasında üçtərəfli görüş təşkil etmək kimi növbəti mərhələyə keçirməyə razılaşıb” - deyə Levitt vurğulayıb.

Onun sözlərinə görə, vitse-prezident Vens, katib Rubio və xüsusi elçi Uitkoff bunun mümkün qədər tez baş verəcəyinə əmin olmaq üçün Rusiya və Ukrayna ilə koordinasiyanı davam etdirəcəklər.

Избранный
33
5
afn.az

6Источники