RU

"Napoli" İspaniya klubundan yeni futbolçu transfer edib

İtaliya təmsilçisi "Napoli" İspaniyanın "Jirona" komandasından Miqel Qutierresi transfer edib.

"Report" xəbər verir ki, bu barədə A Seriyası klubunun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Miqel Qutierres ötən mövsüm 36 oyunda 2 qol vurub və 6 məhsuldar ötürmə edib.

Избранный
26
2
report.az

3Источники