RU

Bu ölkədə məktəblərdə telefon QADAĞASI

2025-2026-cı tədris ilindən etibarən Belçikada ibtidai və orta məktəblərdə telefon və digər elektron cihazlar qadağan ediləcək. 

News24.az xəbər verir ki, qadağa yalnız sağlamlıqla bağlı təcili hallar üçün istisna olunur.

Fransızca danışan bölmələrdə artıq ibtidai məktəblərdə telefonlar qadağan edilib.  Yeni qərarla qadağa məktəbəqədər təhsil müəssisələri və orta məktəblərə də şamil edilir.

Almanca danışan bölmələrdə telefon və ağıllı saat həm dərslərdə, həm də tənəffüslərdə qadağan olacaq. 

Niderland dili icmasında isə qadağa mərhələli tətbiq olunacaq: ilk iki sinifdə telefona tam, üçüncü sinifdə yalnız dərs zamanı qadağa qoyulacaq.

Xeyrənsə Piriyeva

Избранный
59
news24.az

1Источники