RU

ABŞ nəşri: "Azərbaycan ifaçısı qlobal musiqi səhnəsini formalaşdırır"

"Karan səhnə adı ilə tanınan Mehdi Rzayev innovativ musiqisi sərhədləri və janrlarını aşan azərbaycanlı elektron ifaçı, caz pianoçusu və bəstəkarıdır".

Azreform.info xəbər verir ki, bu barədə ABŞ-nin "USA News" nəşrində dərc olunan məqalədə deyilir.

Bildirilir ki, caz improvizasiyalarını elektron və multikultural elementlərlə birləşdirən üslubu ilə Karan qısa müddətdə qlobal musiqi səhnəsində unikal sima kimi şöhrət qazanıb. Onun kompozisiyaya və ifaya innovativ yanaşması bütün dünyada əks-səda doğurub.

Qeyd olunub ki, Karanın istedadı onu beynəlxalq səviyyədə tanıdıb. İfaçı üç dəfə ABŞ-də keçirilən "Djooky Music Awards" beynəlxalq müsabiqəsində "Ən Yaxşı Caz Pianoçusu" seçilib və daha bir neçə nüfuzlu mükafata layiq görülüb. 120-dən çox ölkədən olan sənətçilərlə rəqabət aparan Karan özünəməxsus üslubu və texniki ustalığı ilə dünyanın ən yaxşı musiqiçiləri sırasında yerini möhkəmləndirib.

ABŞ nəşri həmyerlimizin qlobal musiqiyə təsirindən də yazıb. Məqalədə vurğulanıb ki, Karanın musiqisi "Spotify", "Apple Music" və "YouTube" kimi əsas rəqəmsal platformalarda rezonans yaradıb.

"Davamlı olaraq inkişaf edən və ənənəvi musiqi sərhədlərinə meydan oxuyan bir sənətçi kimi Karanın populyarlığı qlobal miqyasda artmaqda davam edir. Onun işi öz köklərinə sadiq qalaraq mədəni və stilistik maneələri aşır, qlobal musiqi səhnəsini formalaşdırır", - məqalədə bildirilib.(oxu.az)

Избранный
10
3
azreform.info

4Источники