Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin oyunlarına start verilib.
QOL.az xəbər verir ki, Azərbaycan çempionu "Kəhər atlar" ləqəbli “Qarabağ” da meydana çıxır.
Ağdam klubu səfərdə Macarıstan çempionu “Ferensvaroş”un qonağıdır. Qarşılaşma Bakı vaxtı ilə 23:00-da start götürüb. Hazırda UEFA reytinqində macar klubu 59-cu, Azərbaycan çempionu isə 65-ci yeri tutur.
Xatırladaq ki, "Qarabağ" “Ferensvaroş”la artıq bir dəfə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində üz-üzə gəlib. 2022-ci ildə Qurban Qurbanovun komandası evdə 1:1 hesabı ilə heç-heçə etdiyi "Ferensvaroş"a Macarıstanda 3:1 hesabı ilə qalib gələrək pley-off-a yüksəlib.
Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 27-də Bakıda olacaq.
19 avqust
UEFA Çempionlar Liqası
Pley-off, ilk oyun
23:00. “Ferensvaroş” (Macarıstan) -“Qarabağ” (Azərbaycan) - 1:1 (İkinci hissə)
Qol: Varqa, 29 (1:0), Marko Yankoviç, 50 (1:1)
Hakimlər: Juan Pedru da Silva Pineyro, Brunu Migel Alveş Jezuş, Lusiano Antonio Qomeş Maya, Klaudiu Filipe Ruivo Pereyra (Portuqaliya)
Budapeşt, “Groupama Arena”