RU

ABŞ Dövlət Departamenti: Putin və Zelenskinin görüşü yaxın iki həftə ərzində baş tuta bilər

ABŞ güman edir ki, Rusiya prezidenti Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenski arasında görüş yaxın iki həftə ərzində baş tuta bilər.

“Report”un xəbərinə görə, bunu ABŞ Dövlət Departamentinin protokol rəhbəri, səfir Monika Krouli “Fox News” telekanalına açıqlamasında deyib.

Dövlət Departamentinin əməkdaşı bu görüşün harada keçirilə biləcəyini açıqlamaqdan imtina etdi. “Mən prezidentdən (ABŞ Donald Tramp – red.) və onun bu məsələ ilə bağlı verə biləcəyi hər hansı bəyanatdan irəli getmək istəmirəm”.

Избранный
63
25
report.az

10Источники