RU

Kreml razılığa gəlmişdi, Ukrayna son anda görüşdən imtina etdi

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski arasında görüşün Budapeştdə keçirilməsi ehtimalı müzakirə olunsa da, Ukrayna tərəfi bu variantı qəbul etməyə meylli deyil.

Globalinfo.az xəbər verir ki, bunun əsas səbəbi 1994-cü ildə imzalanmış Budapeşt Memorandumudur.

Həmin sənəddə ABŞ, Böyük Britaniya və Rusiya Ukraynanın ərazi bütövlüyünə və təhlükəsizliyinə zəmanət vermiş, bunun müqabilində Kiyev nüvə arsenalından imtina etmişdi.

Ancaq sonrakı illərdə bu öhdəliklərin yerinə yetirilməməsi və xüsusilə də Krımın işğalı Ukraynada Budapeşt Memorandumunu mənfi xatirələrlə yadda saxlayıb.

Bu səbəbdən Kiyev rəhbərliyi həmin şəhərdə yüksək səviyyəli sammitin təşkilinə skeptik yanaşır və alternativ görüş məkanlarının seçilməsini üstün tutur.

Tahir Turan

Globalinfoa.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
27
globalinfo.az

1Источники