"Ferentsvaroş"a qarşı hesabdakı üstünlük heç kimi aldatmamalıdır.
"Report" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Ferentsvaroş"a (Macarıstan) qarşı keçirdikləri ilk oyundan sonra mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis səfərdə qazanılan qələbənin vacibliyindən danışıb:
"Möhtəşəm qələbə münasibəti ilə futbolçularımı təbrik edirəm. Baxmayaqraq ki, gərgin oyuna şahidlik etdik. Futbolçularımız bu qədər azarkeş önündə sona qədər mübarizə apardılar, əllərindən gələnin ən yaxşısını etməyə çalışdılar. Öz azarkeşlərimizə də təşəkkür etmək istəyirəm, bizləri yalnız buraxmadılar. Stadionda çox gözəl ab-hava var idi. Üstünlüyümüz olsa da, hesab bizi aldatmamalıdır".
Qeyd edək ki, " "Ferentsvaroş" - "Qarabağ" oyunu Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.